AZ

Hörmüz bağlıdır: Xərclər artır

Pentaqon rəsmiləri İran ilə davam edən müharibənin səkkizinci həftəsində ABŞ-yə ümumi maliyyətinin təxminən 25 milyard dollar olduğunu açıqlayıblar.

"Cebheinfo.az" xəbər verir ki,  "Dastanvari Qəzəb Əməliyyatı" (Operation Epic Fury) adı verilən hərbi müdaxilənin maliyyəti ölkədə müdafiə büdcəsi və əlavə vəsaitlərlə bağlı müzakirələrə səbəb olub.

ABŞ-nin İrana yönəlmiş hərbi əməliyyatları başladığında maliyyətin ilk altı gün ərzində 11.3 milyard dollara çatdığı bildirilmişdi.

Müharibənin 60-cı gününə yaxınlaşması ilə birlikdə, 1973-cü il "Müharibə Səlahiyyətləri Aktı"na əsasən, Konqresin hərbi güc tətbiqinə icazə vermə və ya rədd etmə prosesi gündəmə gəlib.

Pentaqon münaqişənin başlanğıcından bəri Konqresə rəsmi maliyyə hesabatı təqdim etmədiyi üçün tənqidlərin mərkəzində idi.

Pentaqonun təftişçisi Culs Hörst Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində etdiyi təqdimatda 25 milyard dollarlıq xərcin böyük hissəsinin sursat xərclərindən ibarət olduğunu bildirib.

Bu məbləğə əməliyyat xərcləri, texniki qulluq işləri və avadanlıqların yenilənməsi də daxil edilib. Hörst xərclərin mövcud büdcə daxilindəki "gözlənilməz vəziyyət əməliyyatları" fondlarından qarşılandığını ifadə edib.

Lakin bəzi millət vəkilləri vergi ödəyicilərinin pullarının tam olaraq hara xərcləndiyinə dair dəqiq hesabat təqdim edilməməsinə reaksiya göstəriblər. 

Bu ərəfədə Hörmüz boğazının bağlı olması səbəbindən qlobal neft qiymətlərindəki artım və ABŞ-dəki yanacaq bahalaşması da ictimai təzyiqi artırır.

Seçilən
40
cebheinfo.az

1Mənbələr