AZ

AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb

Bu günlərdə mətbuatda Birinci Liqanın lideri "Şəfa" ilə bağlı müxtəlif məlumatlar yayılmağa başlayıb. Bu, təsadüfi deyil. Çünki paytaxt təmsilçisi çempionatda sona 3 tur qalmış ən yaxın izləyicisi "Mingəçevir"i 8 xal qabaqlayır. Bu o deməkdir ki, komanda növbəti oyunlarda 2 xal qazanarsa, həm çempion olacaq, həm də Premyer Liqaya birbaşa vəsiqə qazanacaq.

Buna görə də "Şəfa" ətrafında söz-söhbətlər səngimir. Transfer xəbərləri ilə yanaşı müxtəlif mütəxəssislərin baş məşqçi postuna namizədliyi müzakirə olunur. Əvvəlcə "Qarabağ"ın akademiyasının koordinatoru Aftandil Hacıyevin, son günlərdə isə Ayxan Abbasovun adı komanda ilə hallandı. Bəli, Abbasov futbol üzrə Azərbaycan milli komandasının və "Şamaxı"nın hazırkı baş məşqçisidir. O, mövsümün sonunda bölgə klubundan ayrılacağını artıq açıqlayıb. Bu barədə daha sonra.

Publika.az-ın "Şəfa" rəhbərliyinə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, klubun maliyyəçisi olan iş adamı Emil İsgəndərov yeni baş məşqçi axtarmır. O, İkinci Liqadan komandaya rəhbərlik edən və qazanılan uğurlarda pay sahibi olan Elgiz Kərəmliyə Premyer Liqada da şans vermək istəyir və gənc mütəxəssisin bu şansı haqq etdiyini düşünür. Mənbənin verdiyi məlumata görə, Aftandil Hacıyev və Ayxan Abbasovla, ümumiyyətlə danışıqlar aparılmayıb.

Belə olan halda hər kəsi maraqlandıran bir sual ortaya çıxır - Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovun adı niyə klubla yanaşı hallandırılır? Səbəb nədir?

44 yaşlı mütəxəssislə bağlı son informasiyalardan sonra araşdırma apardıq və bir sıra məlumatlar əldə etdik. Bəlli oldu ki, AFFA-da bəzi qüvvələr millidə məşqçi dəyişikliyi ilə bağlı plan qururular və əcnəbi mütəxəssis axtarışlarına başlayıblar. Onlar federasiya prezidenti Rövşən Nəcəfin seçimi ilə yığmanın həvalə edildiyi Ayxan Abbasovun Millətlər Liqasında fiaskoya uğramasını gözləyirlər. Bu baş verərsə, Ayxan Abbasovun müqaviləsi uzadılmayacaq və onlar da "yerli məşqçilər bacarmır" deyərək yenidə millini əcnəbilərə tapşırmağı planlaşdırırlar.

Seçilən
46
2
publika.az

3Mənbələr