AZ

ABŞ İranın 500 milyon dollarını ələ keçirdi


ABŞ İranla bağlı təxminən 500 milyon dollarlıq aktivləri ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına verdiyi müsahibədə bildirib.
Bessent bu məbləğin 350 milyon dollarının kriptovalyuta aktivləri olduğunu qeyd edib.
“Təxminən 350 milyon dollarlıq kriptovalyuta aktivlərini ələ keçirməyi bacardıq. Bu yaxınlarda daha 100 milyon dollar əldə etdik və ümumi məbləği təxminən yarım milyard dollara çatdırdıq”, - o bildirib.
ABŞ maliyyə naziri həmçinin İranın bank hesablarını dondurduqlarını əlavə edib.
Seçilən
81
yeniavaz.com

1Mənbələr