AZ

ABŞ İrana zərbə endirmək üçün hipersəs raketləri hazırlayır

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə "Dark Eagle" hipersəs raketlərinin yerləşdirilməsi üçün Pentaqona sorğu göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, CENTCOM bu raketlərdən İranın öz ərazisinin dərinliklərinə köçürdüyü ballistik raket buraxılış qurğularına qarşı mümkün zərbələr endirmək üçün istifadə etməyi planlaşdırır.

Qurumun sorğusu onunla əsaslandırılır ki, hazırda mövcud olan "Precision Strike Missile" raketləri 480 km-dən uzaq məsafədəki hədəfləri vura bilmir. "Dark Eagle" raketlərinin mənzili isə 2,7 min km-dən (digər mənbələrə görə 3,5 min km-ə qədər) çoxdur.

Bloomberg qeyd edir ki, "Dark Eagle" kompleksi hələ rəsmən silahlanmaya qəbul edilməyib və sınaq mərhələsindədir. ABŞ-ın sərəncamında bu raketlərdən cəmi 8 ədəd var və hər birinin dəyəri 15 milyon dollar qiymətləndirilir.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
30
icma.az

10Mənbələr