AZ

BƏƏ-nin OPEC-dən çıxmasına Trampdan REAKSİYA: “Bu, əla qərardır”

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq qərarını alqışlayaraq, bu addımın neft qiymətlərini aşağı salacağını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə "Artemis 2" heyəti ilə görüş zamanı jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.

BƏƏ-nin OPEC-dən çıxmaq qərarına necə baxdığı soruşulduqda, Tramp bu qərardan məmnun olduğunu bildirib.

ABŞ prezidenti dedi: "Düşünürəm ki, bu, əla bir şeydir. Mən Məhəmmədi (bin Zayed) çox yaxşı tanıyıram, o, çox ağıllı bir insandır və yəqin ki, öz yolu ilə getmək istəyir. Bu, yaxşı bir şeydir. Nəticədə, düşünürəm ki, bu, neft qiymətlərinin aşağı salınması baxımından yaxşıdır."

Tramp qərarın ABŞ üçün heç bir problem yaratmadığını bildirərək, bəzən OPEC ilə də problemlərin olduğunu əlavə edib.

Birləşmiş Ərəb Əmirlikləri 1 may tarixindən etibarən OPEC və OPEC+ üzvlüyündən çıxmaq qərarını açıqladı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
turkustan.az

1Mənbələr