İran parlamentinin sədri Məhəmməd Baqır Qalibaf ABŞ prezidenti Donald Tramp və onun administrasiyasını neft qiymətlərinin artmasına görə lağa qoyub.
Redaktor.az bu haqda "CNN"a istinadla məlumat verir.
Məlumata görə, Qalibaf Vaşinqtonun Hörmüz boğazı ilə bağlı “blokada nəzəriyyəsi”nin bazarda ciddi bahalaşmaya səbəb olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət nəticəsində neftin bir barelinin qiyməti təxminən 120 dollara yüksəlib.
O, həmçinin Trampın İranın enerji infrastrukturunun tezliklə ciddi zərər görəcəyi ilə bağlı açıqlamalarını da istehza ilə qarşılayıb.
Aytəkin TOFİQQIZI