Ekologiya.az xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi çərçivəsində Nazirliyin “e-Sosial” tətbiqi üzərindən təqdim etdiyi xidmətlər “mygov” platformasına inteqrasiya olunub.
Xidmətlərin təkrarlanmasının qarşısını almaq və istifadəçilərə daha rahat, mərkəzləşdirilmiş xidmət təqdim etmək məqsədilə artıq bütün xidmətlər vahid platforma – “mygov” üzərindən göstəriləcək. Bu səbəbdən “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılır./pravda