Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
İran hazırkı ABŞ-la münaqişə başa çatdıqdan sonra onların Yaxın Şərqdə hərbi mövcudluğuna artıq imkan verməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Misirdəki səfiri Muctəba Firdovsi Pur əminliyini ifadə edib.
“Biz müharibədən sonra ABŞ-ın regionda mövcudluğunu qəbul etmirik. Bütün Amerika hərbi bazaları Yaxın Şərqdən çıxarılmalıdır”, – deyə o, mətbuata açıqlama verərkən bildirib. Diplomatın sözlərinə görə, Tehran eyni zamanda Fars körfəzi bölgəsindəki ərəb qonşularla normal münasibətlərin bərpasına ümid edir.
“Düşünürəm ki, Yaxın Şərqin xəritəsi dəyişəcək, lakin bu, İsrailin baş naziri Binyamin Netanyahunun istədiyi kimi olmayacaq. Biz regiondakı qonşularımızla iqtisadi əlaqələri gücləndirəcəyik və bununla həmrəylik və rifaha nail olacağıq”, – deyə Firdovsi Pur vurğulayıb.
O həmçinin hesab edir ki, gələcəkdə İran və Fars körfəzi ölkələri müharibənin bütün aspektlərini araşdırmaq və baş verən hadisələr barədə etibarlı məlumat mübadiləsi aparmaq üçün birgə komitələr yarada bilərlər.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.