AZ

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

Astarada rayon icra hakimiyyətinin təşkilatçılığı və Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Zərifə xanım Əliyevanın doğum günü münasibətilə növbəti xeyriyyə aksiyası keçirilib. 

Aksiya çərçivəsində mərkəzin səyyar klinikasında 200 nəfərdən artıq şəhid və aztəminatlı ailə üzvləri, qazilər, müharibə iştirakçıları müayinə edilib, müalicələr təyin olunub. 

Müayinəyə gələn sakinlər göstərilən xidmətdən razılığını ifadə edib, belə xeyriyyə aksiyalarının keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.

"Azərbaycan"

Seçilən
93
azerbaijan-news.az

1Mənbələr