AZ

Bakı axtarırdı, MOSSAD öldürdü – İrandakı 2 xain azərbaycanlı...

Azərbaycandan İrana qaçan Əkrəm Hacızadə MOSSAD-ın keçirdiyi əməliyyat zamanı öldürülüb. Tribuna.az xəbər verir ki, bu barədə iranlı jurnalist Möhtəşəm Pirməhşərin məlumat yayıb.

O bildirib ki, hadisə martın sonlarında baş verib. Həmin vaxt İsrail kəşfiyyatı Qum şəhərində yerləşən “Cəmiyyətül Mustafa” təhsil mərkəzini hədəfə alıb və bombalayıb. Nəticədə binada olan Əkrəm Hacızadə və onunla birlikdə 4 SEPAH rəsmisi öldürülüb.

Qeyd edək ki, Hacızadə Azərbaycanda “Kərimə dövlət” qurulması “ideyası”nın əsas təbliğatçılarından biri olub. O, Tohid İbrahimbəyli və Orxan Məmmədovla birlikdə bu “layihə”nin icraçısı olub.

Bəs Azərbaycan sağ olan Tohid İbrahimbəyli və Orxan Məmmədovun ölkəmizə ekstradisiyası üçün Tehranla danışıqları sürətləndirməli deyilmi? Hər iki şəxsi İrandan almaq mümkündürmü?

Çingiz

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə Musavat.com-a bildirib ki, bu məsələ hüquqdan çox siyasətə bağlıdır: “İran bu şəxsləri könüllü verməkdə maraqlı deyil. Belə hallar adətən yalnız böyük siyasi razılaşmaların tərkibində həll olunur.

Azərbaycan tərəfinin Tohid İbrahimbəyli və Orxan Məmmədov ilə bağlı İranla danışıqları sürətləndirilə bilər. Lakin bu o demək deyil ki, məsələ dərhal bizim istədiyimiz şəkildə həll olunacaq. Çünki ciddi hüquqi və diplomatik məhdudiyyətlər var. Bir şəxsin başqa ölkədən təhvil verilməsi üçün adətən 3 əsas şərt lazımdır. Birincisi, hüquqi baza, yəni iki dövlət arasında müqavilə. Azərbaycan və İran arasında hüquqi əməkdaşlıq mövcuddur, amma ekstradisiya mexanizmləri məhdud və selektiv işləyir, siyasi və təhlükəsizlik işlərində tətbiqi çətinləşir.

İkincisi, “İkili cinayət” prinsipidir. Yəni törədilən əməl həm Azərbaycanda, həm də İranda cinayət sayılmalıdır. Əgər fəaliyyət ideoloji və ya siyasi-dini xarakterlidirsə, İran bunu cinayət kimi qəbul etməyə bilər. Üçüncüsü, beynəlxalq hüquqda çox vacib prinsip var. Belə ki, siyasi motivli işlərdə ekstradisiya çox vaxt rədd edilir. İran böyük ehtimalla, belə arqument irəli sürə bilər ki, bu şəxslər “siyasi və ya dini fəaliyyətlə məşğuldur”, Azərbaycana verilməsi təqib riski yaradar”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
58
musavat.com

1Mənbələr