İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqer Qalibaf Donald Trampın iqtisadi təzyiq və daxili qarşıdurmaların qızışdırılması yolu ilə İranı zəiflətməyə çalışdığını bildirib.
Hakimiyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qalibafın sözlərinə görə, Tramp açıq şəkildə ölkəni radikallar və mötədillər kimi qruplara bölür, daha sonra isə dəniz blokadasından danışaraq iqtisadi təzyiq və daxili ixtilafların qızışdırılması yolu ilə İranı kapitulyasiyaya məcbur etməyə çalışır.(oxu.az)