AZ

Kosovoda parlament buraxıldı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kosovoda parlament müxalifətin boykotu səbəbindən prezidentin seçilməsi üçün keçirilən iclasda kifayət qədər səs çoxluğu əldə edə bilməyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kosovo Parlamentinin Baş Assambleyası gün ərzində prezidenti seçmək üçün bir neçə dəfə iclas keçirib, lakin müxalif deputatların sessiyanı boykot etməsi səbəbindən səsvermənin birinci turu üçün tələb olunan üçdə iki səs çoxluğu əldə oluna bilməyib. Axşam saatlarında sonuncu dəfə toplanan Baş Assambleya yenə də heç bir nəticəyə gəlməyib. Bu səbəbdən də parlament buraxılıb.

Yekunda parlamentin sədri Albulena Haxhiu prosesin və qanunvericilik müddətinin başa çatdığını bildirərək, Konstitusiya Məhkəməsinin qərarına əsasən parlamentin buraxılmış hesab edildiyini və konstitusiya müddətində seçkilərin elan ediləcəyini bildirib.

Kosovo Baş naziri Albin Kurti də qısaca deyib: “Başqa edə biləcəyimiz bir şey yoxdur”.

O, müxalifətin boykotunu tənqid edərək, seçicilərin bu vəziyyəti mühakimə edəcəklərini bildirib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
525.az

1Mənbələr