Tehranda yeni lider Müctəba Xameneiyə sədaqət nümayiş etdirmək üçün yenidən yürüş keçirilib. Metbuat.az xəbər verir ki, İmam Hüseyn meydanından Azadi meydanına qədər uzanan yürüşdə on minlərlə iranlı bayraqlarla iştirak edib. Yürüş zamanı ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib və ABŞ Prezidenti Donald Trampın karikaturalarının əks olunduğu bannerlər daşınıb.
Bildirilir ki, hərbi forma geyinmiş uşaqlar səhnədə hərbi himnlər oxuyublar.