AZ

BƏƏ-nin təşkilatdan çıxmaslndan sonra OPEC+ ölkələri hasilatı artırmaq qərarı,na gəlib

Yeddi ölkənin neft hasilatını yüksəltməsi gözlənilir, qərar BƏƏ-nin ayrılması fonunda yenidən hesablanıb...

Poliqon xəbər verir ki, OPEC+ çərçivəsində könüllü məhdudiyyətlər tətbiq edən yeddi ölkə — Rusyia, Səudiyyə Ərəbistanı, Iraq, Küveyt, Qazaxıstan,, Əlcəzair və Oman neft hasilatının artırılması ilə bağlı növbəti razılaşmanı müzakirə edir. Reuters Agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, planlaşdırılan artım BƏƏ-nin təşkilatdan çıxmasından sonra yenidən tənzimlənəcək.

Bildirilib ki, BƏƏ-nin dövlət informasiya agentliyi WAM ölkənin 1 may tarixindən etibarən həm OPEC, həm də OPEC+ formatından çıxdığını açıqlayıb. Qərarın strateji xarakter daşıdığı və uzunmüddətli iqtisadi baxışlara əsaslandığı qeyd olunub. Məlumata görə, bu addım barədə təşkilat əvvəlcədən məlumatlandırılmayıb.

Mənbələr qeyd edir ki, daha əvvəl səkkiz ölkənin iyun ayında gündəlik hasilat kvotasını əlavə 206 min barrel artıracağı gözlənilirdi, bu dinamika aprel və may aylarında da müşahidə olunmuşdu. Lakin BƏƏ-nin gözlənilməz qərarından sonra planlara düzəliş edilib.

Hazırda gözlənilir ki, yeddi ölkə oxşar həcmdə hasilat artımına gedəcək, lakin BƏƏ-nin payına düşən gündəlik 18 min barrel bu hesablamadan çıxılacaq. Bununla belə, Hormuz Strait ətrafında yaranmış gərginlik və faktiki bağlanma vəziyyəti səbəbindən hasilatın real artırılması imkanlarının məhdud olduğu vurğulanır.

Analitiklər hesab edirlər ki, bu qərarlar qlobal enerji bazarına ciddi təsir göstərə bilər. Xüsusilə Yaxın Şərqdəki geosiyasi risklər və logistika problemləri fonunda neft qiymətlərində dalğalanmaların davam edəcəyi proqnozlaşdırılır.

Poliqon.info

Seçilən
81
33
poliqon.info

10Mənbələr