AZ

Bu tərliklərdə zərərli maddə tapıldı Hər yerdən yığışdırılır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı ölkələrində uşaq tərliklərinin kütləvi şəkildə bazardan yığışdırılması barədə qərar qəbul edilib. Buna səbəb məhsulun tərkibində normadan qat-qat artıq zərərli kimyəvi maddələrin aşkar olunmasıdır.Məlum olub ki, bəzi uşaq tərliklərində ftalat adlı maddə müəyyən edilmiş həddi ciddi şəkildə aşır. Bu kimyəvi maddə uşaqların sağlamlığı, xüsusilə reproduktiv sistemi üçün ciddi təhlükə yaradır. Valideynlərə bu tip məhsulları alarkən ehtiyatlı olmaq və tərkibindəki materiallara diqqət yetirmək barədə ciddi xəbərdarlıq edilib. Artıq bir çox satış nöqtəsində həmin məhsulların satışı dayandırılıb və geri çağırılma prosesi başladılıb.Həkimlər uşaqların dərisi ilə birbaşa təmasda olan bu cür rezin və plastik məmulatların seçimində sertifikatlı məhsullara üstünlük verməyi tövsiyə edir. Həmin maddələrin uzunmüddətli təsiri uşaq orqanizmində bərpa olunmaz fəsadlara yol aça bilər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
35
demokrat.az

10Mənbələr