AZ

ABŞ Prezidenti: İrana yeni zərbələrin endirilməsi ehtimalı danışıqların gedişatından asılıdır

BAKI, 29 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı mümkün yeni zərbələr barədə qərar Vaşinqton və Tehran arasında danışıqların gedişatından asılıdır.

Teleqraf xəbər verir ki, Tramp CNN-ə müsahibəsində qeyd edib:

"Bilmirəm, bu, hadisələrin necə inkişaf etməsindən asılıdır. Biz danışıqlar aparırıq. Onlar uzun bir yol qət ediblər. Amma sual budur ki, lazım olan qədər irəli gedəcəklərmi... İndi nüvə silahlarına sahib olmamaq barədə razılaşma əldə etməsələr, heç vaxt anlaşma əldə olunmayacaq".

Seçilən
56
teleqraf.com

1Mənbələr