AZ

"Barselona" PSJ-nin hücumçusu ilə maraqlanır

“Barselona”nın yay transfer hədəfi hücumun mərkəz xəttinə yeni futbolçu cəlb etməkdir.

90deqiqe.Az-ın “El Nacional”a istinadən məlumatına görə, Kataloniya klubunun uzun müddətdir Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvareslə maraqlandığı bildirilir. Argentina millisinin üzvü əsas namizəd hesab olunur, lakin bu transferin həyata keçirilməsi, əsasən maliyyə səbəblərinə görə çətin görünür.

 “Barselona”nın alternativ hədəfi PSJ-nin hücumçusu Qonsalu Ramosdur. Portuqaliyalı futbolçunun transferi təxminən 30 milyon avroya başa gələ bilər ki, bu da katalonlar üçün daha əlverişli variant sayılır.

24 yaşlı futbolçunun dəyəri tanınmış “Transfermarkt” portalı tərəfindən 35 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
40
90deqiqe.az

1Mənbələr