AZ

ABŞ-ın dəniz blokadası İranda daxili parçalanma yaratmağa yönəlib-Qalibaf » AzadMedia.az

ABŞ-ın

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının ölkə daxilində parçalanma yaratmaq məqsədi daşıdığını bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trump İran cəmiyyətini “sərt xətt tərəfdarları” və “mülayimlər” kimi qruplara bölməyə çalışır və eyni zamanda limanlara qarşı blokada vasitəsilə iqtisadi təzyiqi artırır.

Qalibaf qeyd edib ki, Vaşinqton artıq təzyiq siyasətinin yeni mərhələsinə keçib. Bu mərhələdə iqtisadi sanksiyalarla yanaşı, informasiya təsiri də istifadə olunur ki, bu da ölkəni zəiflətmək və hətta daxildən çökdürmək məqsədi daşıyır.

Spiker İran xalqını milli birliyi qorumağa çağırıb və bunun xarici təzyiqlərə qarşı yeganə effektiv vasitə olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ tərəfindən İran limanlarına tətbiq edilən dəniz blokadası Tehran hakimiyyətinin Hörmüz boğazını bağlamasından sonra həyata keçirilib. Bu boğaz dünya üzrə neft və qaz daşımalarının əsas marşrutlarından biri hesab olunur.

Seçilən
31
1
azadmedia.az

2Mənbələr