AZ

Doğum səviyyəsi 79 ilin minimumuna düşdü

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Ötən il Almaniyada cəmi 654,3 min uşaq dünyaya gəlib ki, bu da 1946-cı ildən bəri ən aşağı göstərici hesab olunur.

"Cebheinfo.az" xəbər verir ki, eyni zamanda ölkədə ölüm səviyyəsi yüksək olaraq qalır — 2025-ci ildə 1 milyondan çox insan həyatını itirib. Demoqraflar bu vəziyyəti əsasən 1990-cı illərdə doğulmuş qadınların sayının az olması ilə izah edir — hazırda məhz həmin nəsil doğum yaşına daxil olur.

Bundan əlavə, 2022-ci ildən etibarən bir qadına düşən orta uşaq sayı da azalır. Əgər 4 il əvvəl bu göstərici 1,49 idisə, 2024-cü ildə 1,35-ə qədər enib.

Qeyd olunur ki, Almaniyanın şərq bölgələrində doğum səviyyəsi 4,5%, qərb bölgələrində isə 3,2% azalıb.

Oxşar demoqrafik geriləmə Fransa, Avstriya, İtaliya və İsveç kimi ölkələrdə də müşahidə olunur. Yalnız İspaniya, Niderland və Finlandiya əhalinin sabit artımını nümayiş etdirir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
5
cebheinfo.az

6Mənbələr