Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kolorado ştatında yaşayan Lu Salas adlı sakin dünyanın ən böyük pazlını yığıb.
Axşam.az xəbər verirn ki, bu barədə KRDO telekanalı məlumat yayıb.
Onun yığdığı pazl 60 min hissədən ibarət olub. Yeddi qitəni əks etdirən bu nəhəng işi tamamlamaq üçün o, dörd il və ya ümumilikdə 800 saat vaxt sərf edib. Hazır əsər üç avtomobil tutumlu qarajda yerləşdirilib.
Pazl 60 qutudan ibarət olub və hər qutuda 1000 detal yer alıb. Salasın sözlərinə görə, bu qədər hissəni necə idarə edəcəyini müəyyənləşdirmək üçün ona bir neçə il lazım olub. Yalnız bundan sonra o, yığma prosesinə başlayıb.
Kişi pazlı hissə-hissə yığıb və bu işdə ona səkkiz yaşlı nəvəsi də kömək edib. İş başa çatdıqdan sonra Salas qarajdakı tirlərə qalxaraq hissələri birləşdirib. Bu son mərhələ doqquz saat çəkib.
"Dowdle" şirkətinə məxsus bu pazlın qiyməti, əgər hələ tapmaq mümkündürsə, yüzlərlə dollar təşkil edir. Lu Salas isə pazlı pulsuz olaraq başqasına vermək istəyir ki, digər insanlar da onun yığılmasından zövq ala bilsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.