AZ

Şevalye “Bavariya” ilə oyunu buraxacaq

Fransanın PSJ klubunun ikinci qapıçısı Lyuka Şevalye növbəti həftə “Bavariya”ya qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, fransalı qapıçı çərşənbə günü məşq zamanı zədələnib.

Xatırladaq ki, çərşənbə axşamı “Bavariya” ilə oyunda parisililərin qapısını Matvey Safonov qoruyub.

Şevalye ötən yay “Lill”dən PSJ-yə transfer olunub. Daha əvvəl onun cəmi bir mövsümdən sonra komandadan ayrıla biləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Əşraf Hakimi də böyük ehtimalla Münhendə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Seçilən
65
90deqiqe.az

1Mənbələr