AZ

Putin Qələbə Günü üçün atəşkəs elan etməyə hazırdır -Kreml

Rusiya prezidenti Vladimir Putin Qələbə gününə qədər atəşkəs elan etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin bu barədə telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampı məlumatlandırıb.

Uşakov Trampın Putinin atəşkəs təklifini dəstəklədiyini söyləyib.

"Rusiya prezidenti bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Rusiya Ukraynaya 20 mindən çox meyit təhvil verib və Ukraynadan 500-dən bir qədər çox meyit təhvil alıb.

Putin Ukraynada danışıqlar yolu ilə həll üçün Zelenskinin əvvəllər müəyyən edilmiş təkliflərə müsbət cavab verməli olduğunu söyləyib.

Putin Trampa Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət barədə məlumat verib.

Putin bundan başqa Trampa xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacağını və Rusiyanın bunu danışıqlar yolu ilə etməyi üstün tutduğunu söyləyib", - Kreml rəsmisi qeyd edib.

Seçilən
32
9
redaktor.az

10Mənbələr