525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Amerika prezidenti ilə şəxsi münasibətlərim, ən azından mənim baxış bucağımdan yaxşı olaraq qalır. Sadəcə lap əvvəldən İrandakı müharibə ilə başlayan hadisələrin məqsədəuyğunluğuna şübhə ilə yanaşırdım və buna görə də mövqeyimi bildirdim”.
525.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampın sərt tənqidlərinə münasibət bildirərkən deyib.
"Biz Almaniyada və Avropada nəticələrdən, məsələn, Hörmüz boğazının bağlanmasından ciddi şəkildə əziyyət çəkirik. Bu, enerji təchizatına birbaşa təsir göstərir və iqtisadi səmərəliliyə əhəmiyyətli dərəcədə təsir edir. Bu baxımdan, mən münaqişənin həll olunmasında israr edirəm. Biz əvvəl olduğu kimi bir-birimizlə konstruktiv dialoq aparmağa davam edirik", - o deyib.
Daha əvvəl ABŞ prezidenti Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib, eyni zamanda Berlinin iqtisadi və digər problemlərində hazırkı Almaniya liderini günahlandırıb.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.