Bu gün Azərbaycan 1-ci liqasında 24-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
MOİK "Şahdağ Qusar"la üz-üzə gəlib. Qusar təmsilçisi 1 qolla rəqibindən üstün olub. "Mingəçevir" doğma meydanda "Zaqatala"nı 7 qolla məğlub edib. Lider "Şəfa" isə "Şimal"la qolsuz heç-heçəyə razılaşıb.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
29 aprel (çərşənbə)
15:00. MOİK – “Şahdağ Qusar” - 0:1
Qol: A.Çipesse, 60
16:30. “Mingəçevir” – “Zaqatala” - 7:1
Qollar: Xəyal Muradov, 8; Kennet Kalunqa, 13, 55, Fuad Bayramov, 65, Elçin Mustafayev, 78, Abba Usman, 80, Rəhim Cəfərli, 90 - Davud Mahmudov, 85
19:30. “Şəfa” – “Şimal” - 0:0