AZ

İsrail atəşkəsə baxmayaraq Livanın cənubuna 20 zərbə endirib » AzadMedia.az

İsrail

İsrail atəşkəsə baxmayaraq Livanın cənubuna 20 zərbə endirib
İsrail ordusu atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, Livanın cənub bölgələrinə gecə saatlarında 20 hava zərbəsi endirdiyini açıqlayıb.

Rəsmi məlumatda bildirilir ki, hücumların hədəfi kimi “Hizbullah”a məxsus olduğu iddia edilən komanda mərkəzləri və hərbi obyektlər seçilib. Ordunun açıqlamasına görə, əməliyyatlardan biri zamanı İsrailə məxsus pilotsuz uçuş aparatı hərbçilərə yaxınlaşdığı deyilən “Hizbullah” üzvünü hədəf alıb və həmin şəxs zərərsizləşdirilib.

İsrail tərəfi vurğulayıb ki, atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimalında yerləşən hərbçilər və mülki əhali üçün təhlükə yaradan amillərin aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdiriləcək.

Qeyd edək ki, tərəflər arasında atəşkəs rejimi formal olaraq qüvvədə qalsa da, həm İsrail, həm də “Hizbullah” mütəmadi olaraq bir-birini razılaşmanı pozmaqda ittiham edir.

Seçilən
51
1
azadmedia.az

2Mənbələr