Ukrayna PUA-ları Rusiyanın Voronej bölgəsində, cəbhə xəttindən 150 kilometr aralıda Mi-28 və Mi-17 helikopterini məhv edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın dron qüvvələrinin yüksək rütbəli komandiri Robert Brovdi məlumat verib.
O qeyd edib ki, zərbələr mühərrik bölməsinin arxa mərkəzi hissəsinə endirilib.
Hücum nəticəsində ən azı bir helikopter texniki xidmət mütəxəssisinin öldüyü bildirilib.
/axar.az/