AZ

​Türkiyədə bu vilayətlər su altında qalacaq

İqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi Türkiyə sahilləri üçün ciddi təhlükə yaradır. Mütəxəssislərin fikrincə, yaxın onilliklərdə bu proses xüsusilə sahil şəhərlərində daşqın, eroziya və torpaqların şoranlaşması kimi problemləri daha da gücləndirəcək. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, 2050-ci ilə qədər dəniz səviyyəsinin 30-50 santimetr artacağı, 2100-cü ilə qədər isə bu göstəricinin 1 metri keçəcəyi proqnozlaşdırılır. İstanbul Texniki Universitetinin professoru Mikdat Kadıoğlu bildirib ki, bu artım ani fəlakətdən çox, mərhələli şəkildə özünü göstərəcək və uzunmüddətli risklər yaradacaq. Ən çox risk altında olan bölgələr sırasında Marmara, Egey və Aralıq dənizi sahilləri göstərilir. Xüsusilə İstanbul sahilləri, Haliç ətrafı, eləcə də Kocaeli və Yalova xətti təhlükə altındadır. Bundan əlavə, İzmir körfəzi və Gediz deltası kimi ərazilərin də gələcəkdə su basması ehtimalı yüksəkdir.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu proses yalnız şəhərlərə deyil, həm də kənd təsərrüfatı sahələrinə və yaşayış məntəqələrinə ciddi təsir göstərəcək. Buna görə də iqlim dəyişikliyinə qarşı tədbirlərin gücləndirilməsi vacib sayılır.

Seçilən
91
metbuat.az

1Mənbələr