AZ

ABŞ Çernobıl sığınacağının təmiri üçün 100 milyon dollar ayıracaq

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Çernobıl Atom Elektrik Stansiyasının yeni təhlükəsiz qapağının bərpası üçün 100 milyon dollar ayıracaq.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıxal “Telegram” da bildirib

Şmıxal qeyd edib ki, bu vəsait Çernobıl Atom Elektrik Stansiyası-nın qoruyucu qapağının bərpasına yönəldiləcək. Onun sözlərinə görə, qapaq Rusiya pilotsuz uçuş aparatı tərəfindən zədələnib.

O, həmçinin ABŞ Dövlət Departamentinə, Energetika Nazirliyinə və Kiyevdə çalışan Amerika nümayəndə heyətinə Avropada radiasiya təhlükəsizliyinin gücləndirilməsinə verdikləri töhfəyə görə təşəkkür edib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
icma.az

2Mənbələr