AZ

Onun qiyməti şahə qalxdı

Xulian Alvaresin transfer qiyməti bir qədər də artıb.

"Football-plus.az" xəbər verir ki, “Atletiko” futbolçusu üçün qiymət müəyyənləşdirib. Madrid klubu “Barselona”nın maraq dairəsinə düşən argentinalı forvard üçün minimum 120 milyon avro tələb edəcək. Kataloniya klubu isə bu transferə cəmi 70 milyon avro ödəməyə hazırdı. Yeri gəlmişkən, bir müddət əvvəl Xulianın bu yay “Barselona”ya keçmək istədiyini “Atletiko” rəhbərliyinə çatdırdığı bildirilmişdi.

Argentinalı hücumçu cari mövsümdə bütün turnirlərdə 47 oyuna çıxaraq 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
58
1
football-plus.az

2Mənbələr