AZ

Yusif Qasımov: Hesabat konsertləri gənc rəqqasların peşəkar inkişafına stimul verir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 aprel, AZƏRTAC

Buraxılış-hesabat konserti vasitəsilə xoreoqrafiya sahəsində çalışan müəllim və tələbələrin uzun illər ərzində gördükləri işlər, əldə etdikləri nailiyyətlər geniş ictimaiyyətə təqdim olunur. Eyni zamanda, bu tədbirlər gənc ifaçıların gələcəkdə peşəkar ansambllarda fəaliyyət göstərməsinə və sənətdə öz yerlərini tapmasına mühüm stimul verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Yusif Qasımov söyləyib.

O bildirib ki, akademiyanın əsas məqsədi uşaqların və gənclərin istedadını üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirməkdir.

“Uşaqlar potensialını hər zaman özü dərk etmir və məhz bu təhsil ocağında peşəkar müəllimlərin dəstəyi ilə onların istedadı aşkar olunaraq formalaşdırılır. Nəticədə gələcəyin peşəkar sənətkarları yetişir”, - deyə Xalq artisti əlavə edib.

Y.Qasımov milli rəqslərimizin əhəmiyyətindən də bəhs edərək vurğulayıb ki, Azərbaycan rəqsləri zəngin, qədim və çoxşaxəli irsə malikdir: “Bu irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər kəsin üzərinə düşən mühüm vəzifədir. Müəllimlərin illər əvvəl qazandırdıqları bilik və təcrübə bu gün də davam etdirilir, gənc nəslin milli rəqs sənətinə bağlılığı təmin olunur”.

Müxbir - Günel Alıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
azertag.az

1Mənbələr