AZ

Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir

ABŞ Prezidenti Donald Tramp daxili ixtilaflar və dəniz blokadası (Hörmüz boğazı) vasitəsilə İranın təslim olmasını hədəfləyir.

"Far.Az" xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın müraciətində bildirilib.

Onun sözlərinə görə, ABŞ və İsrail İran liderlərini öldürməklə İslam Respublikasını 3 günə süquta yetirməyə çalışıb: "Lakin zamanla görüblər ki, bizim raketlərimiz və pilotsuz uçuş aparatlarımız zərbə endirməyə davam edir", - o bildirib və əlavə edib ki, İranı Venesuelaya çevirmək istəyirdilər.

Müraciətdə bildirilib ki, müharibə zamanı təhlükəsizlik bazalarına endirilən zərbələrdən sonra Novruz çərşənbələri zamanı İranda çevriliş planlaşdırılırdı:

"İran xalqı bu təhdidləri dəf edib. Düşmən ölkəyə qoşun yeritməyə çalışıb, bu planı İsfahanda sınaqdan keçirib, amma biabırçılıqla nəticələnib. ABŞ yeni mərhələyə keçib və dəniz blokadası, media təbliğatı, iqtisadi təzyiq, daxili ixtilafları qızışdırmaq yolu ilə bizi zəiflətmək, hətta daxildən məhv etmək istəyir".

Qalibaf sonda vurğulayıb ki, ABŞ-nin İran üçün radikal və mötədil bölgüsü doğru deyil, çünki vəzifəli şəxslərin hər biri ali rəhbər Möctəba Xameneiyə tabedir.

Qeyd edək ki, ABŞ-nin dövlət katibi Marko Rubio aprelin 27-də İslamabad danışıqlarına əsas maneə kimi İranda vahid mövqeyin olmamasını göstərib və İslam Respublikasının rəhbərliyində parçalanmanın olduğunu iddia edib. Onun fikrincə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Ali lider və onun ətrafı sərt xətt tərəfdarları, İranın xarici işlər naziri, Prezidenti və parlamentin spikeri isə mötədillərdir.

Seçilən
46
4
far.az

10Mənbələr