Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşü keçirilib.
Bakıvaxtı.az “News.am”a istinadla xəbər verir ki, Ermənistanın Ağverən istirahət zonasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının 13-cü iclası baş tutub.
Görüşdə tərəflər sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri ətrafında müzakirələri davam etdiriblər.
Qeyd edək ki, rəsmi nümayəndə heyətlərinin müzakirələri ilə paralel olaraq, Ağverəndə hər iki ölkədən olan iş adamları da bir araya gəliblər.
İclasın yekununda Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin korteji Ağverən ərazisini tərk edib.
Həmin görüntüləri təqdim edirik: