AZ

Ebru Gündeşdən estetik etirafı: gəncləşmək üçün sərvət xərclədi - FOTO

Türkiyə estradasının ulduzu Ebru Gündeş estetik əməliyyat etdirdiyini ilk dəfə səhnədə etiraf edib. Məşhur ifaçının xarici görünüşündəki dəyişiklik və buna xərclədiyi məbləğ sosial mediada geniş müzakirələrə səbəb olub.

Ölkə.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənni üzgərdirmə (face-lift) əməliyyatı üçün təxminən 200 min dollar (təxminən 340 min manat) xərcləyib.

Konserti zamanı pərəstişkarları qarşısına çıxan Gündeş yeni görüntüsü ilə bağlı zarafatından da qalmayıb:

"Necəyəm, gözələm? Üzümdə bir fərqlilik hiss edirsiniz? Sizin üçün üzümü gərdirmişəm. 10 yaş cavanlaşmışam? Yoxsa 20?", — deyə o bildirib.

Qeyd edək ki, sənətçi bu addımı sırf tamaşaçılarına daha gözəl görünmək üçün atdığını vurğulayıb. İzləyicilər isə müğənninin həqiqətən də illərə meydan oxuduğunu və əməliyyatın uğurlu alındığını qeyd ediblər.

Seçilən
69
1
olke.az

2Mənbələr