AZ

İngiltərə nəhəngi türkiyəli müdafiəçini izləyir

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi öncəsi heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Brayton"un müdafiəçisi Fərdi Kadıoğlunu yaxından izləməyə başlayıblar.

"TEAMtalk" nəşrinin yaydığı məlumata görə, Mançester təmsilçisinin skautları futbolçunun Premyer Liqa təcrübəsini və sol cinahdakı hücum meyilli oyununu yüksək qiymətləndirirlər. Cari mövsümdə göstərdiyi performansla diqqət çəkən Türkiyə milli komandasının üzvü üçün "Brayton" rəhbərliyi təxminən 42 milyon funt-sterlinq təzminat tələb edir.

Statistik göstəricilərə əsasən, Fərdi Kadıoğlu müdafiədəki etibarlılığı ilə yanaşı, driblinqləri və kəsərli ötürmələri ilə "Mançester Yunayted" üçün ideal namizəd hesab olunur.

Seçilən
37
1
fanat.az

2Mənbələr