AZ

Piylənmə səbəbindən dünyada yağlı qaraciyər xəstəliyi sürətlə yayılmaqdadır

Hyuston Universitetinin alimləri xroniki qaraciyər xəstəliklərinin cəmiyyətə vurduğu ziyanla bağlı geniş araşdırma aparıblar.

“MedicalXpress” portalının məlumatına görə, təkcə ABŞ-də bu xəstəliklərin illik iqtisadi yükü 41,5 milyard dollara çatıb. Müasir dərmanların baha olması ümumi xərclərin təxminən yarısını təşkil edir.

Tədqiqat göstərir ki, qaraciyər xəstəlikləri həm də insanların həyat keyfiyyətini və iş məhsuldarlığını aşağı salır. Hər il 1,6 milyondan çox insana bu diaqnoz qoyulur və bir xəstənin illik müalicəsi orta hesabla 11,711 ABŞ dollarına başa gəlir. Xüsusilə piylənmə səbəbindən dünyada yağlı qaraciyər xəstəliyi sürətlə yayılmaqdadır.

Professor R.Aparasu qeyd edir ki, Hepatit C kimi virusların müalicəsində dərmanlardan düzgün istifadə vacibdir, lakin yüksək qiymətlər xəstələrin müalicəni yarımçıq qoymasına səbəb olur. Ona görə də bu yükü azaltmaq üçün profilaktika gücləndirilməli və müalicə üsulları daha əlçatan olmalıdır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
66
azerbaijan-news.az

1Mənbələr