AZ

Hakan Fidan: Aİ-də siyasi iradə yoxdur

Xarici İşlər Naziri Hakan Fidan Avstriyaya səfəri zamanı Gömrük İttifaqının yenilənməsinin ticarət həcmini 500 milyard dollara qədər yüksəldə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, o, həmçinin qeyd edib ki, Avropa İttifaqı daxilində bəzi qaydalara əsaslanan çıxılmaz vəziyyətlər mövcuddur və bu, prosesləri çətinləşdirir.

Nazir Fidan Avropa İttifaqından siyasi iradə çatışmazlığı olduğunu vurğulayaraq “Aİ ilə Türkiyə arasındakı münasibətlər həmişə yaxşı olmalıdır. Niyə bu üzvlük baş tutmur?” sualını səsləndirib.

Avstriyaya səfəri çərçivəsində o, Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal naziri Beate Meinl-Reisinger ilə birgə mətbuat konfransında çıxış edib.

Fidan ABŞ–İsrail–İran gərginliyini də şərh edərək bildirib ki, növbəti günlər vəziyyətin aydınlaşması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, tərəflərin daimi atəşkəs və sülhə nail olması, həmçinin Hörmüz boğazının açıq qalması vacibdir.

O, eyni zamanda regional məsələlərə toxunaraq əməkdaşlığın önəmini qeyd edib və Türkiyənin dəstəyinin davam edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
35
turkustan.az

1Mənbələr