AZ

Hakimi yarımfinal matçını buraxa bilər

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hakimi yarımfinal matçını buraxa bilər

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya qarşı keçirilən ilk matçdan (5:4) sonra ilkin tibbi müayinədən keçib.

QOL.az xəbər verir ki, tanınmış jurnalist Fabris Hokinsin yaydığı məlumata görə, müayinənin nəticələri oyunçudakı problemin sadəcə əzələ qıcolmaları olması ilə bağlı ilkin versiyanı təkzib edir. Bu səbəbdən mərakeşli futbolçu tezliklə daha ətraflı tibbi testlərə cəlb olunacaq.

Qeyd olunur ki, əgər futbolçuda ciddi problem aşkarlanarsa, onun mövqeyində müvəqqəti olaraq yarımmüdafiəçi Uorren Zair-Emeri çıxış edəcək.

Xatırladaq ki, PSJ və "Bavariya" arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq. Bu cütün qalibi finalda "Atletiko" - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
qol.az

2Mənbələr