AZ

Vaşinqton və Tehran atəşkəsi uzadır

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İranın atəşkəs müddətinin uzadılması məsələsinə müsbət yanaşdıqlarını bəyan edib. Nazir bildirib ki, hazırda əsas hədəf müharibənin yenidən alovlanmasının qarşısını almaqdır.

Fidanın sözlərinə görə, atəşkəs ilk dəfə elan olunanda bir çox mühüm məsələdə razılığa gəlmək üçün iki həftəlik müddətin kifayət etməyəcəyi proqnozlaşdırılırdı və tərəflər əlavə vaxtın ayrılmasında maraqlı görünürlər.

KONKRET.az xəbər verir ki, Türkiyə XİN rəhbəri qarşıdakı bir neçə günün həlledici olacağını vurğulayıb. O qeyd edib ki, bu müddət ərzində tərəflər öz mövqelərini dəqiqləşdirməlidir. Hakan Fidan həmçinin daimi sülhün əldə olunması və xüsusilə Hörmüz boğazının açılması ilə bağlı razılığın əldə edilməsinin vacibliyinə diqqət çəkib. Nazir əlavə edib ki, hazırda həllini gözləyən bəzi detallar üzərində iş aparılır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
34
1
konkret.az

2Mənbələr