AZ

Aİ rəsmisindən enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq  

Hörmüz boğazının bağlı qalması dünyanın digər bölgələri üçün də təhlükəli ola bilər.

Anadolu Agentliyi xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas Bruneydə keçirilən beynəlxalq toplantıda çıxış edərlən deyib. 

O, qlobal mühitdə heç bir ölkənin təkbaşına hərəkət edə bilməyəcəyini vurğulayıb: “Yaxın Şərqdə iki aydır davam edən müharibənin diplomatik yolla həllində hələlik irəliləyiş yoxdur. Artan enerji qiymətləri həm Avropaya, həm də Asiyaya mənfi təsir göstərir. Bu səbəbdən dənizlərdə gəmilərin sərbəst hərəkəti mütləq qorunmalıdır”.

Kaya Kallas, müharibələrin tezliklə bitməsinin və dünyada sülhün bərqərar olmasının vacibliyini diqqətə çatdırıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr