AZ

Uşaqlarla bağlı jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə çağırış

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb.

"Unikal" xəbər verir ki, müraciətdə azyaşlılarla bağlı məlumatların paylaşılmasında xüsusi həssaslıq göstərmək tələb olunub.

"Uşaqların ad, soyad, yaşayış ünvanı, təhsil aldıqları müəssisə, ailə üzvləri və şəxsiyyətlərini müəyyən edən digər məlumatların ictimailəşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, media etikasının əsas prinsiplərini də pozur.

Unutmayaq ki, uşaqlar cəmiyyətin ən həssas təbəqəsidir və onların hüquqlarının qorunması hər birimizin birbaşa məsuliyyətidir. İnformasiya yayarkən uşaqların təhlükəsizliyi, psixoloji rifahı və gələcək həyatına mümkün təsirlər mütləq nəzərə alınmalıdır.

Nəzərə alaq ki, etik normalara riayət olunması yalnız hüquqi öhdəlik deyil — bu, həm də sağlam və məsuliyyətli cəmiyyətin formalaşmasına xidmət edən əsas dəyərlərdən biridir", - deyə müraciətdə deyilir. 

Seçilən
65
3
unikal.az

10Mənbələr