Azərbaycan I Liqası növbəti turu çərçivəsində keçirilən “Mingəçevir” – “Zaqatala” matçında maraqlı hadisə yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, qonaqların futbolçusu Okan Təhməzli zədələnib. Maraqlıdır ki, onu meydandan tibbi heyət yox, “Mingəçevir”in oyunçusu Kənan Quliyev qucağında çıxarıb.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.