ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı ilə bağlı olmayan sazişi imzalaya və özlərini toparlaya bilmədiyini deyib.
Tramp bu açıqlamanı İranla nüvə danışıqlarının dalana dirənməsindən sonra özünün Truth Social hesabında verib.
Tramp masadakı çıxılmaz vəziyyətə işarə edərək deyib. "Onlar özlərini toparlaya bilmirlər. Nüvə silahı olmayan sazişi necə imzalayacaqlarını bilmirlər", - deyə prezident danışıqlar prosesindəki səmərəsizliyə diqqət çəkib.
ABŞ prezidenti paylaşımında İrana xəbərdarlıq da edib: "Onlar tezliklə ağıllarını başlarına yığmalıdırlar. Artıq o yaxşı adam yoxdur".
Trampın mesajından daha çox paylaşdığı şəkil sosial medianın diqqət mərkəzinə çevrilib. Fotoda Tramp qara kostyum, gözündə günəş eynəyi və əlində uzun lüləli silah tutmuş görünür, yuxarı hissəsində isə qalın hərflərlə "Artıq o yaxşı adam yoxdur" sözləri yazılıb.
Tahir TAĞIYEV