AZ

"Kiçik qızıma elçi çıxıblar"

Yazını böyüt
Yazını kiçilt

Müğənni Rəqsanə İsmayılova diqqətçəkən açıqlamalar edib.

Hafta.az-ın məlumatına görə, o, kiçik qızı Yağmura elçi düşdüyünü deyib.

Bildirib ki, bu barədə ailəvi yaxın dostları vasitəsilə onun həyat yoldaşına danışıblar. Artıq tərəflər arasında ilkin razılaşmalar da müzakirə olunub.

İsmayılova qeyd edib ki, qızının işləməsinə qarşı tərəf də müsbət yanaşır. O həmçinin Yağmurun öz biznesini qurduğunu və gözəllik salonu açdığını vurğulayıb.

Sənətçinin dediyinə görə, məsələ ilə bağlı ailədə də məsləhətləşmələr aparılıb və qohum olmaq istəyən şəxslər sentyabr ayında nişan mərasiminin keçirilməsini istəyirlər.

Seçilən
49
4
hafta.az

5Mənbələr