AZ

BƏƏ və OPEC neft çatışmazlığını kompensasiya edə bilməyəcək

BAKI, 29 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və OPEC-ə üzv ölkələr Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasından sonra da dünya bazarında yaranan neft qıtlığını kompensasiya edə bilməyəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin enerji və infrastruktur naziri Suhail Al Mazroi bildirib.

Nazirin sözlərinə görə, bu dövrdə enerji bazarları ciddi təklif çatışmazlığı ilə üzləşəcək:

"Hörmüz boğazının bağlanması bir çox ölkələrin istehsal gücünü azaldıb. Heç kim bu boğazın həmişə açıq qalacağına və yenidən bloklanmayacağına zəmanət verə bilməz”.

Seçilən
55
teleqraf.com

1Mənbələr