AZ

Putin Bakıya gəlir? Kremldən RƏSMİ MÖVQE

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər media resurslarında və ekspert dairələrində Rusiya dövlət başçısının Bakıya gözlənilən səfəri ilə bağlı müxtəlif iddialar yayılmaqda idi.

Bakıvaxtı.az xəbər verir ki, informasiya portalı məsələni dəqiqləşdirmək üçün Rusiya Federasiyası Prezidentinin Administrasiyasına rəsmi sorğu ünvanlayıb.

Rusiya Prezidentinin Mətbuat Xidməti və İnformasiya İdarəsindən portalımızın sorğusuna cavab olaraq bildirilib ki, Vladimir Putinin yaxın gələcəkdə Azərbaycana səfəri nəzərdə tutulmayıb:

“Müraciətinizə cavab olaraq bildiririk ki, nə 10 may tarixində, nə də yaxın vaxtlarda V. Putinin Azərbaycana səfəri planlaşdırılıb”.

Xatırladaq ki, son zamanlar bir sıra media orqanlarında və ekspert müzakirələrində Rusiya prezidentinin may ayında Bakıya mümkün səfəri ilə bağlı iddialar səsləndirilirdi. Bu fonda Kremlin açıqlaması mövzuya rəsmi mövqeyi ortaya qoyur və yayılan məlumatların təsdiqini tapmadığını göstərir.

Qeyd edək ki, dövlət başçılarının səfərləri adətən əvvəlcədən tam açıqlanmır və diplomatik kanallar vasitəsilə razılaşdırılır. Bununla belə, mövcud rəsmi cavab hazırkı mərhələdə belə bir səfərin gündəmdə olmadığını göstərir. /247press

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
bakivaxti.az

2Mənbələr