AZ

Çin ŞƏT ilə birlikdə təmiz dünya qurmağa hazırdır Si Cinpin

ain.az, 525.az saytına istinadən bildirir.

“Çin qlobal ekoloji idarəetməni təkmilləşdirmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə işləməyə hazırdır”. 

525.az xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin ŞƏT-in Yaşıl və Davamlı İnkişaf Forumunun iştirakçılarına təbrik məktubunda bildirib.

“Şanxay ruhunu təşviq etmək, qlobal ətraf mühitin idarə olunması sisteminin təkmilləşdirilməsi, birlikdə təmiz, gözəl və davamlı bir dünya qurmaq üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır", - o deyib.

Əlavə edib ki, ölkəsi ətraf mühitin qorunmasına üstünlük verərək yaşıl inkişafı ardıcıl olaraq davam etdirir və qlobal ekoloji sivilizasiyanın qurulmasında fəal iştirak edir.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
525.az

1Mənbələr