AZ

OPEC ölkələrinin neftin ixracından gəlirləri 5%-ə yaxın azalıb

BAKI, 29 aprel. TELEQRAF

2025-ci ildə OPEC-ə üzv 12 ölkənin neft ixracından əldə etdiyi ümumi gəlirləri 4,93% azalaraq 619,84 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın illik statistik bülletenində qeyd olunub.

Hesabata əsasən, il ərzində neft ixracından gəlirlər yalnız Nigeriyada 6,98 milyard dollar və Liviyada 1,11 milyard dollar artıb. Ən böyük azalma isə İraqda (12,4 milyard dollar) və Səudiyyə Ərəbistanında (9,65 milyard dollar) qeydə alınıb.

2025-ci ildə OPEC ölkələrinin neft ixracının fiziki həcmi gündəlik 850 min barel artaraq 19,85 milyon barelə çatıb. Əvvəlki illərdə olduğu kimi, ixracın əsas hissəsi Asiya bazarlarına yönəlib. Tədarüklər Çində orta hesabla gündəlik 5,792 milyon barel, Hindistanda isə 2,308 milyon barel təşkil edib.

Eyni zamanda, OPEC ölkələrində əsas neft markaları üzrə orta spot qiymət 2025-ci ildə illik müqayisədə 10 dollardan çox azalaraq bir barel üçün 69,59 dollar olub.

Seçilən
28
teleqraf.com

1Mənbələr