AZ

BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı verib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin energetika naziri Suhail Al Mazrouei bildirib.

Nazirin sözlərinə görə, qərar Hörmüz boğazının bağlanması fonunda qəbul edilib. O qeyd edib ki, İranla müharibə qlobal enerji bazarlarını sarsıdır və boğazın bağlanması BƏƏ-nin neft bazarına təsir imkanlarını məhdudlaşdırır.

BƏƏ 1 may tarixindən etibarən OPEC və OPEC+ formatından çıxacağını açıqlayıb. Ölkə rəhbərliyi bundan sonra da "məsuliyyətli davranacağını" və neft hasilatını tədricən artıracağını bildirib.

Ekspertlərin fikrincə, Abu-Dabi bu addımla təşkilat çərçivəsində müəyyən olunmuş kvotalara əməl etməkdən imtina edərək bazarda daha ucuz neftlə çıxış edib "qiymət müharibəsi" başlada bilər.

Qərb ölkələrində hesab olunur ki, BƏƏ-nin bu qərarı Yaxın Şərq ölkələri arasında parçalanmanı dərinləşdirə və regionda sabitliyi zəiflədə bilər.

Kreml isə öz növbəsində BƏƏ-nin çıxışına baxmayaraq, OPEC+ formatının qorunub saxlanacağına ümid etdiyini bildirib.

Seçilən
37
1
far.az

2Mənbələr