"Atletiko Madrid" hücumçusu Xulian Alvareslə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, paytaxt klubu argentinalı ilə yollarını ayırmayacaq.
"Sky Sports"-un məlumatına görə, İspaniya klubunun rəhbərliyi hücumçunu 150 milyon avroluq təzminat müqabilində belə buraxmayacaq.
Yerli KİV Alvaresə "Barselona" və "Arsenal"ın ciddi maraqlandığını iddia edir.
Argentinalı 2024-cü ilin yayından bəri Madrid nəhəngində oynayır. Tərəflər arasında hazırki müqavilənin müddəti 2029/2030 mövsümünün sonunda başa çatacaq.
Alvares cari mövsümdə 47 oyuna çıxaraq 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
Mirağa