AZ

ABŞ dən İrana yeni sanksiya Siyahıda kimlər var?

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ İrana “kölgə bankçılıq” sistemi vasitəsilə məhdudiyyətlərdən yayınmağa kömək edən 35 şirkət və şəxsə qarşı sanksiyalar tətbiq edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu şəbəkə Tehrana qanunsuz neft satışına görə ödənişləri emal etməyə və hərbi proqramları maliyyələşdirməyə imkan verib.

Qeyd olunub ki, məhdudiyyətlər Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən tətbiq edilib.

Nazirlik iddia edir ki, bu cür şəbəkələr İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da daxil olmaqla İran silahlı qüvvələrinə beynəlxalq maliyyə sisteminə çıxış imkanı verib.

Maliyyə Naziri Skott Bessent bildirib ki, “kölgə bankçılığı” sistemi İran ordusu üçün vacib maliyyə kanalıdır və qlobal ticarəti pozan və Yaxın Şərqdə zorakılığı qızışdıran hərəkətlərin maliyyələşdirilməsinə kömək edir.

Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında yerləşdirilən məlumatlara görə, 16 İran vətəndaşı və bir filippinliyə qarşı sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına həmçinin, İran, Honkonq və Böyük Britaniyada yerləşən 18 şirkət daxildir.

Bu şirkətlər müxtəlif yurisdiksiyalardakı valyuta mübadiləsi məntəqələri və ön şirkətlərlə işləyir və sanksiya tətbiq edilən İran banklarına xarici hesablar vasitəsilə əməliyyatlar aparmağa kömək edir.

Siyahıda adı çəkilənlər arasında Şahr Bank, Melli Bank, Sepah Bank, Sina Bank, Mellat Bank və digər İran maliyyə qurumları ilə əlaqəli qurumlar var. Vaşinqton xüsusilə Sepah Bankın İranın ballistik raket proqramının maliyyələşdirilməsi ilə əlaqəli olduğunu qeyd edir.

Sanksiya siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla iş görməsinin qadağan edilməsi deməkdir.

ABŞ Maliyyə Nazirliyi həmçinin xəbərdarlıq edib ki, bu cür şəbəkələrlə qarşılıqlı əlaqədə olan maliyyə qurumları ciddi nəticələrlə üzləşmək riski daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
yeniavaz.com

2Mənbələr